Krakov Azərbaycan Evində soydaşlarımıza konsulluq xidməti göstərilib

2 oktyabr, 2026

Krakov Azərbaycan Evində soydaşlarımıza konsulluq xidməti göstərilib

Polşanın Krakov şəhərində fəaliyyət göstərən Azərbaycan Evində soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edilib.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilən xidmət zamanı konsulluq-hüquq məsələləri ilə bağlı vətəndaşların çoxsaylı müraciətlərinə baxılıb, onları maraqlandıran suallar cavablandırılıb və bir sıra məsələlərin həlli ilə bağlı müvafiq izahatlar verilib.

Səyyar konsulluq xidmətinin keçirilməsində əsas məqsəd Krakov və ətraf şəhərlərdə yaşayan Azərbaycan vətəndaşlarının konsulluq xidmətlərindən daha rahat və operativ şəkildə yararlanmasına şərait yaratmaq, obyektiv səbəblərdən Varşavaya gedə bilməyən soydaşlarımızın müraciətlərinə yerində baxılmasını təmin etmək olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər