Seymur Nəsirov təltif olunub

9 iyul, 2026

Seymur Nəsirov təltif olunub

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov əl-Əzhər Universitetində təhsil alan Hindistanlı Tələbələr Birliyi tərəfindən təltif olunub.

Soydaşımıza elm və təhsil sahəsində 25 ildən artıq səmərəli fəaliyyətinə, eləcə də tələbələrə göstərdiyi davamlı dəstəyə görə Tələbə Birliyinin təşəkkürnaməsi və plaketi təqdim edilib.

Təqdimetmə mərasimində çıxış edən Birliyin sədri Məhəmməd Kausər Camal azərbaycanlı alimin tələbələrin təhsilinə və inkişafına mühüm töhfələr verdiyini, həyata keçirdiyi elmi, mədəni və sosial layihələrlə minlərlə gəncə dəstək göstərdiyini bildirib.

Azərbaycan diasporunun sədri göstərilən etimada görə təşəkkür edərək bildirib ki, bu təltif onun üçün böyük qürur olmaqla yanaşı, daha böyük məsuliyyət deməkdir. O bu mükafatı təhsilə xidmət edən hər kəsin əməyinə verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirib.

Məlumat üçün bildirək ki, Seymur Nəsirov rəhbərlik etdiyi təhsil müəssisələri vasitəsilə uzun illərdir müxtəlif ölkələrdən olan tələbələrin elmi, mədəni və mənəvi inkişafına yönəlmiş ödənişsiz təhsil proqramlarının həyata keçirilməsini təmin edir. Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin həyata keçirdiyi təhsil proqramlarından 61 ölkədən 670-dən çox tələbə faydalanır. Onların təxminən yarısını misirlilər təşkil edir. Burada Qurani-Kərimin qiraət elmi, ərəb dili və ədəbiyyatı, xəttatlıq, bədii tərtibat, Azərbaycan və ingilis dilləri, xalçaçılıq sənəti, musiqi məqamları, eləcə də uşaqlar üçün oxu və yazı proqramları üzrə müxtəlif ödənişsiz kurslar təşkil olunur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər