Saqarecoda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
14 may, 2026
Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında fəaliyyət göstərən “Parlaq Gələcək” Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlər “Milli Dilli” layihəsinin tarix bölməsində dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan mövzu ilə tanış olublar.
Tədbirin davamında şagirdlər Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirib, ona olan sevgi və ehtiramlarını ifadə ediblər.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
