Qardabanidə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub
14 may, 2026
Gürcüstanda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Çiçək Hüseynova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı bəhs edib.
Digər natiqlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən, gənclərə və təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar. Çıxışlar zamanı Ulu Öndərin zəngin siyasi irsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərin inkişafına verdiyi töhfələr vurğulanıb.
Tədbirdə, həmçinin “Heydər Əliyev və gənclər” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri elan olunaraq sertifikatlarla təltif edilib. Eyni zamanda “Mənim hekayəm” adlı kitab yazma müsabiqəsinin iştirakçılarının əsərləri sərgilənib və iştirakçılar mükafatlandırılıblar.
Foto qalereya
Digər xəbərlər
