Şanlı Zəfərimizin qəhrəmanları Zalsburqda anılıb

19 noyabr, 2026

Şanlı Zəfərimizin qəhrəmanları Zalsburqda anılıb

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Bayram proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zalsburq və ətraf şəhərlərdən gələn soydaşlarımız çıxşlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın milli birliyinin, iradəsinin və vətənpərvərliyinin təntənəsi olduğunu bildiriblər. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsinin Zəfər tariximizin ən mühüm hadisələrindən biri olduğu vurğulanıb. Xaricdə yaşayan azərbaycanlıların milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və Vətən sevgisinin gələcək nəsillərə aşılanmasındakı roluna da diqqət çəkilib.

Tədbirin bədii hissəsində azərbaycanlı pianoçu və diaspor fəalı Məryam Muxtarova musiqi proqramı ilə çıxış edib.

Qeyd edək ki, Zalsburg Azərbaycan Evi Avstriyada yaşayan azərbaycanlıların milli-mədəni dəyərlərimizin qorunması, təbliği və diaspor həmrəyliyinin gücləndirilməsi məqsədilə bir araya gəldiyi mədəniyyət mərkəzlərindən biridir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər