Şanlı Zəfər dünya azərbaycanlılarının qürur və həmrəylik mesajlarında

27 noyabr, 2026

Şanlı Zəfər dünya azərbaycanlılarının qürur və həmrəylik mesajlarında

Xaricdə yaşayan soydaşlarımız, o cümlədən diaspor fəalları, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan xalqına, Diasporla İş üzrə Dövlət Komitəsinə təbriklər ünvanlayıblar.

Onlarla ölkədən soydaşlarımızın şəxsi sosial şəbəkə hesablarında paylaşdıqları yüzlərlə videolarda, müraciətlərdə, eləcə dövlət başçısına və komitəyə ünvanladıqları çoxsaylı məktublarda Prezident İlham Əliyevə və xalqımıza səmimi təbriklər çatdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı bu Qələbənin soydaşlarımızda doğurduğu hisslər ifadə olunub. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbənin Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə yanaşı, xalqımızın gücünü, yenilməz ruhunu və dünya azərbaycanlılarının həmrəyliyini bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirdiyi vurğulanıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər