GAİM-in gəncləri Tbilisidə keçirilən təhsil sərgisində iştirak ediblər

27 noyabr, 2026

GAİM-in gəncləri Tbilisidə keçirilən təhsil sərgisində iştirak ediblər

Tbilisidə Azərbaycan universitetlərinin iştirakı ilə təhsil sərgisi təşkil olunub.

Sərgidə ölkəmizin 10-a yaxın nüfuzlu ali təhsil müəssisəsinin nümayəndələri iştirak edərək universitetlərin tədris proqramları, ixtisas istiqamətləri, qəbul prosesi, təqaüd imkanları və tələbə həyatı ilə bağlı məlumatları ziyarətçilərlə bölüşüblər.

Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyilə Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) 90-dan çox abituriyenti və mərkəzin müəllim Fərzin Məşədiyev sərgiyə qatılıb.

Gənclər ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşərək onları maraqlandıran suallara cavab alıb, müxtəlif universitetlərin təqdim etdiyi imkanlarla tanış olublar.

Sərginin keçirilməsində əsas məqsəd Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Azərbaycanın ali təhsil imkanları barədə məlumatlılığını artırmaq, onların ixtisas və universitet seçiminə dəstək göstərmək, eləcə də gələcək təhsil planlarının formalaşdırılmasına töhfə vermək olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər