Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü anılıb
12 may, 2026
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Müxtəlif millətlərdən olan tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin Qoroxovaya küçəsində yerləşən barelyefi önünə gül dəstələri düzüb, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan milli-mədəni muxtariyyəti” Regional ictimai təşkilatının sədri Vaqif Məmişov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna rol oynadığını, eləcə də Sovet İttifaqı dövründə göstərdiyi xidmətlərlə görkəmli dövlət xadimi kimi tarixdə xüsusi yer tutduğunu vurğulayıb.
Tədbir iştirakçıları bu cür anım mərasimlərinin tarixi yaddaşın qorunması, millətlərarası həmrəyliyin gücləndirilməsi və xalqlar arasında mədəni əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Foto qalereya
Digər xəbərlər
