Sadaxlıda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
15 may, 2026
Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Samir Şərifov müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən, gənclərə göstərdiyi diqqət və qayğıdan, eləcə də milli-mənəvi dəyərlərin qorunmasındakı rolundan danışıb.
Azərbaycan dili müəllimi Hümmət Əhmədov gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və onların ədəbiyyata marağının artırılmasının əhəmiyyətini vurğulayıb.
Digər çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, milli birliyin gücləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördüyü mühüm işlərdən bəhs ediblər.
Foto qalereya
Digər xəbərlər
