Rustavidə Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri qeyd olunub

26 may, 2026

Rustavidə Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri qeyd olunub

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan və Gürcüstanın Müstəqillik günlərinə həsr olunan tədbir keçirilib. 

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. 

Mərkəzin rəhbəri Raidə Dərziyeva bildirib ki, 26 may və 28 may tarixləri Azərbaycan və gürcü xalqları üçün ən önəmli günlərdən biridir. “Təntənəli şəkildə bayram kimi qeyd etdiyimiz bu günlərdə hər iki xalq ilk dəfə tam müstəqil olaraq demokratik və azad respublika qurublar. İnanırıq ki, 108 il öncə böyük itkilər və gərgin mübarizələr nəticəsində əldə edilən azadlığımız dünya durduqca əbədi olacaq", - deyə o bildirib.

Tədbirdə çıxış edən şair-publisist Rafiq Hümmət, ziyalılar - Bəhram İsayev, Savalan Osmanlı, Mədinə Həsənova, Ülviyyə Veysəlova, Vüsalə Rəhimova, Alidə Kazımova, Svetlana İsayeva, Nurlana Məmmədova və başqaları Müstəqillik günləri ilə bağlı fikirlərini bölüşüb, təbriklərini çatdırıblar. 

Daha sonra mərkəzin şagirdlərinin ifasında musiqili-ədəbi kompozisiya təqdim olunub. Azərbaycan və gürcü dillərində şeirlər səsləndirilib, mahnılar ifa edilib. Şagirdlərin ifasında Azərbaycan və gürcü milli rəqsləri iştirakçıların marağı ilə qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər