Rustavi Təhsil və Mədəniyyət Mərkəzində məktəbəqədər hazırlıq və incəsənət kursları fəaliyyətə başlayıb
8 iyun, 2026
Gürcüstanda fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində yay aylarında incəsənət, ibtidai hazırlıq və məktəbəqədər təhsil istiqamətləri üzrə kurslara start verilib.
Mərkəzin direktoru Raida Dərziyeva layihənin əsas məqsədinin bölgədə yaşayan soydaşlarımızın milli-mədəni kimliyinin qorunmasına töhfə vermək, uşaqların intellektual inkişafını dəstəkləmək və onların asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaq olduğunu bildirib. Onun sözlərinə görə, Rustavidə Azərbaycan dilində uşaq bağçalarının olmaması məktəbəqədər hazırlıq kurslarının əhəmiyyətini daha da artırır. Kurslarda uşaqların yaradıcılıq potensialının üzə çıxarılması məqsədilə rəsm, musiqi və digər incəsənət sahələri üzrə məşğələlər də keçirildiyini söyləyib.
Yay proqramı ərzində uşaqlar ana dilində oxu-yazı bacarıqlarını inkişaf etdirmək, ilkin riyazi biliklərə yiyələnmək, həmçinin Azərbaycan dili, riyaziyyat və məntiq üzrə biliklərini möhkəmləndirmək imkanı qazanacaqlar.
Kurslara yazılmaq üçün aşağıda qeyd olunan əlaqə vasitələri ilə müraciət etmək mümkündür:
Tel.: +995 555 27 32 10
E-mail: rustavi.ecc@gmail.com
Ünvan: Rustavi ş. 19-cu mkr. ev 13-ün arxası
Foto qalereya
Digər xəbərlər
