Rustavi Təhsil və Mədəniyyət Mərkəzi yeni kurslara start verib

12 may, 2026

Rustavi Təhsil və Mədəniyyət Mərkəzi yeni kurslara start verib

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzi yay mövsümü ilə əlaqədar yeni kurslara qəbul elan edib.

Dərslər uşaqların və böyüklərin yay aylarını daha səmərəli, yaradıcı və maraqlı keçirməsinə şərait yaradacaq.

Mərkəzdə ilk dəfə olaraq təsviri incəsənət, musiqi və toxuculuq kursları fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi gənclərin incəsənətə marağını artırmaq, onların istedadlarını üzə çıxarmaq və yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir.

Dərslər ödənişli əsaslarla təşkil olunur. Tədris prosesi təcrübəli və sertifikatlı müəllimlər tərəfindən aparılacaq.

Kurslara yazılmaq istəyənlər 1 iyun tarixinədək qeyd olunan əlaqə vasitələri ilə müraciət edərək qeydiyyatdan keçə bilərlər:

Tel: +995 571 24 24 87

E-mail: rustavi.ecc@gmail.com  

Ünvan: Rustavi şəhəri, 19-cu mikrorayon, ev 13-ün arxası

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər