"FC LAND OF FIRE" futbol klubu Varşava Azərbaycan Evinin qonağı olub

29 iyul, 2026

"FC LAND OF FIRE" futbol klubu Varşava Azərbaycan Evinin qonağı olub

Azərbaycanı təmsil edən “FC LAND OF FIRE” futbol klubu Polşanın "Mini Futbol Ekstraklasası – Śląski Playarena" liqasının qalibi olduqdan sonra Varşavada keçiriləcək "Polşa Çempionatı 2026" turnirinə yüksəlib.

Turnir öncəsi komandanın 20 nəfərlik heyəti Varşava Azərbaycan Evinin qonağı olub. Görüş zamanı futbolçulara Azərbaycan Evinin Polşadakı fəaliyyəti, diaspor istiqamətində reallaşdırdığı layihələr, eləcə də Azərbaycanın zəngin tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və multikultural ənənələri barədə ətraflı məlumat verilib. Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, komanda üzvlərinə xatirə hədiyyələri təqdim olunub.

Görüşdə "FC LAND OF FIRE" komandasının əldə etdiyi uğurun Polşadakı Azərbaycan icması üçün qürurverici hadisə olduğu vurğulanıb və komandanın qarşıdakı yarışlarda da yüksək nəticələr qazanacağına inam ifadə edilib.

"FC LAND OF FIRE" idman uğurları ilə yanaşı, Polşada Azərbaycanın tanıdılması, milli dəyərlərimizin təbliği və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayır. Komandanın heyətində müxtəlif millətlərin nümayəndələrinin yer alması Azərbaycanın tolerantlıq, multikulturalizm və qarşılıqlı hörmət dəyərlərinin Polşa cəmiyyətində təşviqinə töhfə verir.

Qeyd edək ki, “FC LAND OF FIRE” Polşanın Katoviç şəhərində yaşayan azərbaycanlıların 2022-ci ildə yaratdığı mini-futbol klubudur. Komandanın qurucusu və rəhbəri Əli Nəcəfov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatorudur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər