Qazaxıstandakı soydaşlarımız spartakiadada birincilik qazanıblar

26 may, 2026

Qazaxıstandakı soydaşlarımız spartakiadada birincilik qazanıblar

Qazaxıstan Respublikasının Kostanay şəhərində vilayətin etnomədəni birlikləri arasında spartakiada keçirilib.

Yarışda Azərbaycanı “Birlik” Etnomədəni Birliyinin gənclər təşkilatı təmsil edib.

İştirakçılar müxtəlif idman növləri üzrə mübarizə apararaq birlik, iradə və qələbə əzmi sərgiləyiblər. Spartakiadanın yekunlarına əsasən “Birlik” Etnomədəni Birliyi finala yüksələrək voleybol və kəndirçəkmə yarışlarında 1-ci yerə layiq görülüb.

Birliyin rəhbəri Rafael Hacıbalayev komandanın uğurlu çıxışını komanda ruhunun, həm də fəal vətəndaş mövqeyinin bariz nümunəsi kimi dəyərləndirib. O, bu cür tədbirlərin etnomədəni birliklər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, gənclər hərəkatının inkişafına və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verdiyini bildirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər