“Qazaxıstan və Azərbaycanın müstəqillik yolu: ortaq dəyərlər və müasir əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib
2 iyun, 2026
Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən Azərbaycanlıların “Birlik” İctimai Birliyinin təşkilatçılığı ilə 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə iki ölkənin müstəqillik tarixi, milli dəyərlərin qorunması və Azərbaycan-Qazaxıstan münasibətlərində gənclərin rolu müzakirə edilib.
Birliyin sədri Rafael Hacıbalaev çıxışında Azərbaycan və Qazaxıstanın müstəqillik yolundan danışıb, ortaq tarixə əsaslanan dostluq, qardaşlıq və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonda ictimai fəaliyyətlərdə fəallığı ilə seçilən gənclərə fəxri fərman və təşəkkür məktubları təqdim olunub.
Foto qalereya
Digər xəbərlər
