Qardabanidəki soydaşlarımız Gürcüstanın Müstəqillik Günü qeyd edib
4 iyun, 2026
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 26 May – Gürcüstanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Gürcüstanın müstəqillik tarixi, dövlətçilik ənənələri və azadlıq uğrunda aparılan mübarizə haqqında məlumat verilib. Çıxış edənlər müstəqilliyin ölkənin inkişafı və gələcəyi üçün əhəmiyyətini vurğulayıblar.
Proqram çərçivəsində şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, təqdimatlar və bədii nömrələrlə çıxış ediblər. Hazırlanan səhnəciklər və kompozisiyalar iştirakçılar tərəfindən maraq və alqışla qarşılanıb.
Sonda gənclərin milli dəyərlərə sadiq, fəal və məsuliyyətli vətəndaş kimi yetişdirilməsinin vacibliyi qeyd olunub. Belə tədbirlərin vətənpərvərlik ruhunun möhkəmlənməsinə, mədəni müxtəlifliyə hörmətin artırılmasına və gənclərin cəmiyyətə daha fəal inteqrasiyasına xidmət etdiyi bildirilib.
Digər xəbərlər
