Qardabanidə Pərixanım Sofiyevanın xatirəsinə həsr olunan tədbir keçirilib

3 aprel, 2026

Qardabanidə Pərixanım Sofiyevanın xatirəsinə həsr olunan tədbir keçirilib

Gürcüstanda fəaliyyət göstərən Qardabani İnteqrasiya və Təhsil Mərkəzində dünyanın ilk müsəlman qadın deputatı Pərixanım Sofiyevanın xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbir Qardabani Gənclər Klubunun təşkilatçılığı ilə Qafqaz təşkilatının “Bərabərhüquqlu və təhlükəsiz cəmiyyət üçün” (KEA) layihəsi çərçivəsində baş tutub.

Tədbirin əvvəlində Gənclər Klubunun üzvləri Pərixanım Sofiyevanın həyatı və fəaliyyəti haqqında təqdimatla çıxış ediblər.

Daha sonra onun nəslinin nümayəndələri Ramin Sofiyev, Vüqar Məmmədov və İsmayıl Sofiyev xatirələrini bölüşüblər.

Digər çıxışçılar Pərixanım Sofiyevanın Gürcüstan azərbaycanlıları üçün mühüm qürur mənbəyi olduğunu bildiriblər.

Sonda Pərixanım Sofiyevaya həsr olunan müsabiqənin qalibləri Emilia Məmmədova, Tuncay Əliyev və Fidan Əsgərova mükafatlandırılıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər