Qardabanidə məktəbəqədər hazırlıq qrupuna qəbul davam edir
18 may, 2026
Gürcüstanda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 5–6 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq qrupuna qəbul davam edir.
Müəllim Sevda Şahverdiyevanın tədris etdiyi məşğələlərdə uşaqlar məktəbə hazırlıq istiqamətində vacib bilik və bacarıqlara yiyələnəcəklər. Dərslərdə oxu və yazıya hazırlıq, riyazi düşünmə, nitqin inkişafı, məntiq və diqqət tapşırıqları, eləcə də sosial bacarıqların formalaşdırılması və məktəb mühitinə uyğunlaşma üzrə çalışmalar həll olunur.
Məşğələlər uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla oyun əsaslı, maraqlı və interaktiv üsullarla keçirilir.
Qeydiyyat üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkündür:
+995 568 113 086
Digər xəbərlər
