Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yeni tədris ilinə start verilib
18 sentyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Gürcüstanın Qardabani şəhərində fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yeni tədris ilinin başlaması münasibətilə tədbir keçirilib.
Mərkəzin direktoru Çiçək Hüseynova qurumun yaradılma məqsədi, əsas fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat verib, uşaqların təhsil imkanlarının genişləndirilməsi və inkişafının əsas prioritetlərdən olduğunu vurğulayıb.
Tədbir iştirakçıları mərkəzin tədris otaqları ilə tanış olub, kurslar və tədris prosesi barədə məlumat əldə ediblər.
Hazırda mərkəzdə gürcü, ingilis və Azərbaycan dilləri, riyaziyyat, ibtidai sinif və məktəbəqədər hazırlıq üzrə kurslar fəaliyyət göstərir. Tədris proqramları Azərbaycan və Gürcüstan sektorları üzrə təşkil olunur, dərslər isə şagirdlərin yaş və bilik səviyyələrinə uyğun şəkildə keçirilir.
Məlumat üçün qeyd edək ki, kurslara qeydiyyat prosesi davam edir. Mərkəzin gələcəkdə müxtəlif təlimlər, maarifləndirici tədbirlər və inkişaf proqramları həyata keçirməsi nəzərdə tutulur.
Kurslara yazılmaq istəyənlər aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərlər:
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/10BCQfdZQMxd1_sG7_0T44tBkT1vy05xjU5pmg-5d_3I/edit
Ünvan: Qardabani şəhəri. Vağzal k. 21/A
Tel.: +995568113086
Foto qalereya
Digər xəbərlər
