Qabalda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
18 noyabr, 2026
Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabalda kəndində fəaliyyət göstərən Qabal İnkişaf Mərkəzində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bayramların tarixi haqqında videoçarx nümayiş olunub.
Mərkəzin rəhbəri Yavər Məmmədov çıxışında əlamətdar günlərin tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərdən danışıb. O, xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəyliyin qorunmasının vacibliyini də vurğulayıb.
Digər çıxışçılar Azərbaycanın güclənən dövlətçilik ənənələrindən, tarixi qələbənin milli qürur mənbəyi olmasından və üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin rəmzi kimi əhəmiyyətindən bəhs ediblər.
Tədbirin bədii hissəsində mərkəzin şagirdləri Vətənə, Zəfərə və Azərbaycan bayrağına həsr olunan şeirlər səsləndiriblər.
Foto qalereya
Digər xəbərlər
