Soydaşımız IV Gənclər Yay Olimpiya Oyunlarında Gürcüstana ilk qızıl medalı qazandırıb
18 noyabr, 2026
Seneqalın paytaxtı Dakarda keçirilən IV Gənclər Yay Olimpiya Oyunlarında soydaşımız, Gürcüstan yığmasının üzvü Emil İsmayılov boks üzrə qızıl medal qazanıb.
55 kq çəki dərəcəsində mübarizə aparan idmançı turnirin ilk görüşündə dominikanlı Maykl Reyesə 4:1, 1/4 finalda isə livanlı Ramzi Hilala 5:0 hesabı ilə qalib gəlib. Yarımfinalda kanadalı Lisandro Qarsiya Rebelo aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilmədiyi üçün Emil İsmayılov finala yüksəlib.
Həlledici qarşılaşmada avstraliyalı Marli Dodu 5:0 hesabı ilə məğlub edən soydaşımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, Gürcüstan yığmasına turnirdə ilk qızıl medalı qazandırıb.
Foto qalereya
Digər xəbərlər
