Tallində Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib

19 noyabr, 2026

Tallində Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib

Estoniyanın paytaxtı Tallində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunan bayram tədbiri keçirilib.

Estoniya Azərbaycan İcması “Birlik”in təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev, ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İcmanın sədri Zakir Miriyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək milli birlik, həmrəylik və azərbaycançılıq ideyalarının qorunmasının vacibliyini vurğulayıb. O, Vətən anlayışının yalnız coğrafi sərhədlərlə məhdudlaşmadığını, şəhidlərin qəhrəmanlığının, xalqımızın Vətən sevgisinin və tarixi yaddaşının milli kimliyimizin əsasını təşkil etdiyini bildirib. Həmçinin bu mənəvi irsin qorunmasının və Vətənə sevgi hissinin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının borcu olduğunu diqqətə çatdırıb.

 

Tədbir konsert proqramı ilə davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər