İrlandiyada Azərbaycanla əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

19 noyabr, 2026

İrlandiyada Azərbaycanla əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, “Əşrəf və Anna” musiqi məktəbinin təsisçisi və rəhbəri Əşrəf Tağıyev İrlandiya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Toni Makkormak və deputat Rayan O'Mira ilə bir araya gəlib.

Görüşdə Azərbaycan və İrlandiya arasında dostluq münasibətlərinin inkişafı, mədəni, ictimai və humanitar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər turizm mübadiləsinin artırılması, birgə mədəni tədbirlərin təşkili, şəhərlər arasında əlaqələrin qurulması, eləcə də Azərbaycan və İrlandiya şəhərlərinin qardaşlaşması imkanları barədə fikir mübadiləsi aparıblar. Həmçinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində ictimai təşkilatların və mədəni diplomatiyanın rolu diqqətə çatdırılıb. Bu istiqamətdə irəli sürülən təşəbbüslərin gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüş Azərbaycan və İrlandiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər