Parisdə “Əbədi Ezamiyyət” filmi nümayiş olunub
4 iyun, 2026
Fransanın paytaxtı Parisdə 28 May - Müstəqillik Günü münasibətilə Fransa Azərbaycan Gənclər Şəbəkəsinin (Azerbaijani Youth Network France - AYNF) təşkilatçılığı ilə “Əbədi Ezamiyyət” filmi nümayiş olunub.
Filmdə xalqımızın müstəqillik uğrunda mübarizəsindən və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Əlimərdan bəy Topçubaşovun şərəfli ömür yolundan bəhs olunur.
Soydaşlarımız filmlə bağlı təəssüratlarını bölüşərək, Cümhuriyyət qurucularımızın keçdiyi çətin, lakin şərəfli yolu bir daha dərindən hiss etdiklərini və bunun onlarda böyük qürur yaratdığını bildiriblər.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
