Ottavada Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

4 iyun, 2026

Ottavada Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

Kanadanın Ottava şəhərində “Parliament Hill” binası qarşısında 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

Üçrəngli bayrağımız Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Toronto Azərbaycan Evinin təşkilatçılığı ilə qaldırılıb. Mərasimdə Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Vüsal Süleymanov, Kanada rəsmiləri - Salma Ataullahcan, Sima Acan, Rob Olifant, Roman Baber, İvan Baker, Əli Əli Ehsassi, Əhməd Hüssen, Azərbaycan Evinin rəhbəri Lalin Həsənova, Evin nəzdindəki “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs qrupu və soydaşlarımız iştirak edib.

Əvvəlcə 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətindən, qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki mühüm rolundan danışılıb. Daha sonra dövlət bayrağımız səmaya ucaldılıb.

Kanada rəsmiləri çıxışlarında Azərbaycan və Kanada xalqları arasında mövcud olan dostluq əlaqələrindən, qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs ediblər. Onlar belə bir mərasimdə iştirak etməkdən məmnun olduqlarını bildiriblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər