Osloda soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib

24 iyun, 2026

Osloda soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib

Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Azərbaycan Evində soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil olunub.

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı Səfirliyinin təşəbbüsü ilə keçirilən xidmət səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı Rəşad Ağazadə tərəfindən həyata keçirilib.

Səyyar qəbul zamanı vətəndaşlara zəruri sənədlərin rəsmiləşdirilməsi, ümumvətəndaş pasportlarının yenilənməsi və qayıdış şəhadətnamələrinin verilməsi təmin olunub. Eyni zamanda xarici vətəndaşlığın əldə olunması ilə bağlı bildirişlər və vətəndaşlığın müəyyənləşdirilməsinə dair anketlər qəbul edilib.

Bununla yanaşı, vətəndaşlığın bərpası, etibarnamələrin və digər hüquqi sənədlərin hazırlanması ilə bağlı ətraflı məlumat verilib, soydaşlarımızın müraciətləri diqqətlə dinlənilib və onların sualları cavablandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər