“Odlar Yurdu”nun boksçuları növbəti qələbəni qazanıblar
2 sentyabr, 2026
Almaniyanın Genthin şəhərində uşaqlar və yeniyetmələr arasında hər il təşkil olunan “Kreis-Kinder-und Jugendspiele” boks yarışı keçirilib.
Yarışda “Odlar Yurdu” Boks Klubunun 3 yetirməsi iştirak edib. İdmançılar rinqdə inamlı çıxış edərək yüksək hazırlıq səviyyəsi, texniki bacarıq və əzmkarlıq nümayiş etdiriblər.
Yarışın yekunlarına əsasən klubun boksçuları 2 qələbə qazanıb, 1 qarşılaşmanı isə heç-heçə ilə başa vurublar.
Bu nəticə “Odlar Yurdu” Boks Klubunun növbəti uğurlu çıxışı olmaqla yanaşı, Azərbaycan boks məktəbinin Almaniyada tanıdılması və təbliğinə töhfə verib.
Qeyd edək ki, “Odlar Yurdu” Boks Klubu 2013-cü ildə Almaniyada yaradılıb və hazırda 100-ə yaxın üzvü var. Yarandığı gündən etibarən klubun idmançıları 50-dən çox beynəlxalq, peşəkar və həvəskar boks turnirində iştirak edib. Klub, eyni zamanda fəaliyyət göstərdiyi Saksoniya Anhalt vilayətinin Boks İdman Birliyinin üzvüdür.
Foto qalereya
Digər xəbərlər
