Odessada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə iməcilik keçirilib
12 may, 2026
Ukraynanın Odessa vilayətinə fəaliyyət göstərən “Birlik” diaspor təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Parkında iməcilik keçirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, diaspor quruculuğu və dünya azərbaycanlılarının birliyi istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıblar.
Bu cür təşəbbüslərin soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
