“Obscure Histories” Bakıdakı Qız qalasından bəhs edib

17 may, 2023

“Obscure Histories” Bakıdakı Qız qalasından bəhs edib

Tarixi hadisələri işıqlandıran “Obscure Histories” beynəlxalq onlayn platformasında “Qız qalası: Zərdüştliklə bağlı əfsanələr və memarlıq sirləri” sərlövhəli məqalə yayımlanıb.

Toronto Media Beyin Mərkəzinin təsisçisi və direktoru, Kanada Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Mahir Xəlifəzadənin universitet tələbəsi Leyla Xəlifəzadə ilə birgə qələbə aldıqları məqalədə paytaxt Bakının əsas memarlıq və tarixi abidəsi olan Qız qalasından bəhs edilib. Bu abidənin tarixi köklərinin qədim zamanlara – Azərbaycandakı zərdüştlük dövrünə gedib çıxdığından bəhs edilib. 

Məqalədə Bakının zəngin tarixi və mədəni irsə malik olması, İçərişəhər və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Qız qalası barədə akademik müzakirələrin aparıldığı, abidəyə dair əfsanələrin  Azərbaycan ədəbiyyatında əks olunduğu, Azərbaycanın məşhur yazıcılarının, bəstəkarlarının və rəssamlarının əsərlərində Qız qalasının vəsf edildiyi barədə ətraflı məlumat verilib. 

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.obscurehistories.com/post/baku-s-maiden-tower-zoroastrian-legends-architectural-mysteries

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər