Nyu Cersidə keçirilən festivalda Azərbaycan rəqsləri

4 may, 2026

Nyu Cersidə keçirilən festivalda Azərbaycan rəqsləri

ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi Nyu Cersi ştatında keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib. Türk-Amerikan Dərnəkləri Federasiyasının (TADF)  təşkil etdiyi tədbirdə müxtəlif ölkələrin mədəniyyətləri tanıdılıb.

"My Way" Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin rəqs qrupu Azərbaycanın xalq musiqilərinin sədaları altında milli rəqslərimizi ifa ediblər. Xüsusilə Azərbaycan mədəniyyətinin incisi sayılan “Yallı” rəqsi böyük maraq və alqışlarla qarşılanıb. Gənc soydaşlarımızın çıxışları iştirakçılara unudulmaz anlar yaşadıb, ortaq mədəni köklərimizin və milli-mənəvi dəyərlərimizin nə qədər dərin və güclü bağlara sahib olduğunu göstərib.

Qeyd edək ki, Alyona Bədəlovanın rəhbərlik etdiyi “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi ABŞ-də Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin beynəlxalq müstəvidə tanıdılması istiqamətində işlər görür.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər