ABŞ mediasında Azərbaycanın Müstəqillik Günündən bəhs edilib

5 iyun, 2023

ABŞ mediasında Azərbaycanın Müstəqillik Günündən bəhs edilib

ABŞ-ın https://newsblaze.com xəbər portalında 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş məqalə yayımlanıb.

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qringerin qələmə aldığı məqalədə dünyəvi və demokratik quruluşa malik olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi, fəaliyyəti və nailiyyətləri barədə ətraflı məlumat verilib. Azərbaycan xalqının mayın 28-də öz tarixinin ən işıqlı günlərindən birini qeyd etdikləri vurğulanıb.

Bildirilib ki, əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycan İslam aləmində ilk dünyəvi demokratik ölkə olmaqla yanaşı, qadınlara səsvermə hüququnu verən ilk respublika olub. Bu mühüm tarixi hadisənin ABŞ-ın qadınlara səsvermə hüququ verməsindən bir il öncə baş verdiyinə diqqət cəlb edilib.

AXC-nin cəmi 23 il mövcud olduğunu təəssüflə vurğulayan müəllif Azərbaycanın öz müstəqilliyini 70 ildən sonra bərqərar etdiyini, 28 May tarixinin ölkəmizdə və xarici ölkələrdə geniş və təntənəli şəkildə bayram edildiyini bildirib: “2020-ci ildə Niaqara şəlaləsinin Kanada hissəsi Azərbaycanın Müstəqillik Günü şərəfinə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmışdı”.

Müəllif hesab edir ki, Azərbaycanın azadlığı misilsizdir, çünki öz dövlət müstəqilliyini itirən xalq yenidən onu qazanmağı bacarıb. “Müstəqillik Gününüz mübarək!”, - deyə Nurit Qringer xalqımızı təbrik edib. 

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://newsblaze.com/world/eurasia/may-28-azerbaijan-commemorates-republic-day_191248/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər