Kanadanın Hamilton şəhərində Azərbaycan bayrağı ucaldılıb
30 may, 2025
28 May – Müstəqillik Günü münasibətilə Kanadanın Ontario əyalətinin Hamilton şəhərində Azərbaycanın Dövlət Bayrağının qaldırılma mərasimi keçirilib.
Hamilton Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə şəhərin “City Hall” mərkəzində baş tutan mərasimdə üçrəngli bayrağımız himnimizin sədaları altında səmaya ucaldılıb.
Soydaşlarımız bu əlamətdar günün sevincini bölüşərək bayrağımızın fonunda xatirə şəkli çəkdiriblər.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər