Marneulidə Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb

30 may, 2025

Marneulidə Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə təhsilin və inteqrasiyanın dəstəklənməsi məqsədilə növbəti addım atılıb. Marneuli rayonunun Sadaxlı kəndində Azərbaycan Respublikasının  Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Təhsil və İnteqrasiya Mərkəzi fəaliyyətə başlayıb.

Açılış mərasimində ziyalılar, müəllimlər və mərkəzdə təhsil alan şagirdlər iştirak ediblər.

Çıxışçılar mərkəzin yaradılmasının həm təhsilin inkişafına, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişməsinə böyük töhfə verəcəyini deyiblər.

Mərkəzdə gürcü və Azərbaycan dili fənləri tam təmənnasız tədris olunacaq.

Məlumat üçün qeyd edək ki, bu il ərzində Arxılı, Savaneti (İmirhəsən), Qeta (Aşağı Güləver) və Kvemo Bolnisi (Kəpənəkçi) kəndlərində də belə icma mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə Azərbaycan, gürcü, ingilis dilləri və məktəbəqədər hazırlıq kursları tədris olunur.

Qeyd edək ki, hazırda komitənin dəstəyi ilə Gürcüstanda təhsil və inteqrasiya məqsədli 12 mərkəz soydaşlarımızın xidmətindədir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər