Moldovada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

13 may, 2026

Moldovada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Moldovanın paytaxtı Kişineuda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Azərbaycanın Moldovadakı Səfirliyində keçirilən tədbirdə Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Azərbaycan diasporunun nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbərliyi və üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycan səfirliyinin qarşısında yerləşən büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev və MAK-ın sədri Elçin Bayramov çıxışlarında dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dünya azərbaycanlıları üçün böyük əhəmiyyət daşıdığını, onun milli birlik, dövlətçilik, adət-ənənələrə hörmət və Vətənə sədaqət kimi dəyərləri gələcək nəsillərə miras qoyduğunu vurğulayıblar.

Ardınca MAK-nin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdi Canet Məmmədova Ümummilli Liderin xatirəsinə şeir səsləndirib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat yolu və dövlətçilik fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub, həmçinin onun zəngin irsi və ictimai-siyasi xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər