Moldova azərbaycanlıları Vətən müharibəsinin Zəfərini ehtiramla yad ediblər

18 noyabr, 2026

Moldova azərbaycanlıları Vətən müharibəsinin Zəfərini ehtiramla yad ediblər

Moldovada yaşayan azərbaycanlılar 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününü qeyd ediblər.

Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində əvvəlcə Azərbaycanın Moldovadakı səfirliyinin qarşısında 44 günlük Vətən müharibəsinə həsr olunan barelyef önünə əklil qoyulub, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad edilməsindən və regionda yaranan yeni reallıqlardan danışıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov 44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə başa çatdığını vurğulayıb. O, Zəfər Gününün Azərbaycanın müasir tarixində ən əlamətdar günlərdən biri kimi əbədi qalacağını, qələbəmizin və üçrəngli bayrağımızın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirdiyini bildirib. Həmçinin qəhrəmanlarımızın cəsarətinin, milli birliyin və Vətənə sədaqətin hər zaman qürur mənbəyi olduğunu qeyd edib.

Konqresin həftəsonu məktəbinin şagirdləri milli geyimlərdə təqdim etdikləri rəqs nömrələri və səsləndirdikləri şeirlərlə tədbirə xüsusi rəng qatıb, iştirakçılara bayram əhval-ruhiyyəsi yaşadıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər