Meyn ştatında 28 May – Müstəqillik Günü qeyd olunub
5 iyun, 2026
ABŞ-nin Meyn ştatında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Meyn Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycan icmasının üzvləri və digər qonaqlar qatılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Cəmiyyətin rəhbəri Tərlan Əhmədov 28 Mayın Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə ilk demokratik respublikanın təməlini qoyub və xalqımızın dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Xaricdə yaşayan azərbaycanlıların milli dəyərlərimizin, dilimizin və mədəniyyətimizin qorunaraq gələcək nəsillərə ötürülməsində xüsusi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
Tədbirdə ölkəmizin nailiyyətləri, diaspor fəaliyyətinin əhəmiyyəti və xaricdə yaşayan azərbaycanlıların birliyinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüş milli mətbəximizin ləziz təamlarının təqdimatı, musiqi və rəqs proqramları, həmçinin xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.
Digər xəbərlər
