“Mədəniyyətlərarası fərqlər: anlamaq, qəbul etmək və ünsiyyət qurmaq”

5 avqust, 2026

“Mədəniyyətlərarası fərqlər: anlamaq, qəbul etmək və ünsiyyət qurmaq”

Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində “Mədəniyyətlərarası fərqlər: anlamaq, qəbul etmək və ünsiyyət qurmaq” mövzusunda təlim təşkil olunub.

Təlimçi-ekspert Vəli Əlibəyov iştirakçılara müxtəlif xalqların mədəni xüsusiyyətləri, mədəni müxtəlifliyə hörmətlə yanaşmağın əhəmiyyəti, eləcə də fərqli mühitlərdə səmərəli ünsiyyət qurmağın yolları barədə geniş məlumat verib.

İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçılar yaşadıqları ölkələrin fərqli və maraqlı mədəni xüsusiyyətləri barədə fikir mübadiləsi aparıb, bu istiqamətdə qazandıqları təcrübələri bölüşüblər. Təqdim olunan praktiki nümunələr və qrup müzakirələri gənclərin səmərəli ünsiyyət qurmaq, fərqli baxış və dəyərlərə hörmətlə yanaşmaq, qarşılıqlı anlaşmanı gücləndirmək bacarıqlarının inkişafına töhfə verib.

Gənclər təlimi böyük maraqla qarşılayıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edəcək Diaspor Gənclərinin VII Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər