Maqdeburqda Ulu Öndər Heydər Əliyevə həsr edilən boks turniri keçirilib

15 may, 2026

Maqdeburqda Ulu Öndər Heydər Əliyevə həsr edilən boks turniri keçirilib

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubunun təşkilatçılığı ilə Maqdeburqda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən boks turniri keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan turnirə bir neçə ölkədən və Almaniyanın müxtəlif şəhərlərindən həvəskar boksçular qatılıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Odlar Yurdu”nun boksçuları peşəkarlıq nümayiş etdirərək fərqləniblər. Almaniyada yaşayan soydaşlarımız turnir zamanı klubun idmançılarını dəstəkləyərək onları qələbəyə həvəsləndiriblər.

“Odlar Yurdu” Boks İdman Klubunun rəhbəri Azad Əzizov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan idmanına daim böyük diqqət və qayğı göstərib. Məhz bu qayğının nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenada mühüm qələbələr qazanıblar.

Qeyd edək ki, “Odlar Yurdu” Boks İdman Klubu 2013-cü ildən Almaniyada fəaliyyət göstərir. Klub Azərbaycanı beynəlxalq idman arenasında təmsil etməklə yanaşı, gənc nəslin sağlam həyat tərzi və milli-mənəvi dəyərlər əsasında formalaşmasına mühüm töhfələr verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər