Krivoy Roqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

13 may, 2026

Krivoy Roqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Ukraynanın Krivoy Roq şəhərində fəaliyyət göstərən “Azərbaycan Diasporu” təşkilatının təşəbbüsü ilə görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.

Soydaşlarımız əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ardınca müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

Təşkilatın sədri Kəmaləddin Ağayev görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı müstəsna xidmətlərindən bəhs edib.

Təşkilat sədrinin müavini Həbib Hüseynov və digər çıxışçılar Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi, uzaqgörən rəhbərliyi və Azərbaycan dövlətinin inkişafındakı tarixi rolundan danışıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər