Krivoy Roqda Azərbaycanın Milli Musiqi Günü qeyd olunub

21 sentyabr, 2026

Krivoy Roqda Azərbaycanın Milli Musiqi Günü qeyd olunub

Ukraynanın Krivoy Roq şəhərində Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə və Azərbaycanın Milli Musiqi Gününə həsr olunan konsert proqramı keçirilib.

Əvvəlcə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib.

Krivoy Roq şəhər merinin müavini Sergey Milyutin çıxışında Azərbaycan xalqını Milli Musiqi Günü münasibətilə təbrik edib, Azərbaycan-Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulduğunu deyib. O, son illərdə Ukraynada yaşayan azərbaycanlı diasporunun ölkənin ictimai həyatında fəal iştirakını xüsusi vurğulayıb.

“Azərbaycan Diasporu” təşkilatının rəhbəri Kəmaləddin Ağayev şəhər rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə təşəkkürünü çatdırıb. O, Azərbaycanla Ukrayna arasında əlaqələrin inkişaf etdiyini və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndiyini bildirib.

Konsert Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və Tofiq Quliyevin əsərlərinin səsləndirilməsi ilə başa çatıb. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər