Krasnoyarskda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

15 may, 2026

Krasnoyarskda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan  olmasının 103-cü ildönümünə həsr olunan sərginin açılışı keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Krasnoyarsk diyarı qubernatorunun Xarici əlaqələr idarəsinin rəisi Oksana Tsaryova, Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının rəhbəri Taleh Mahmudov, Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev, həmçinin Səfirliyin və Baş konsulluğun əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkənin beynəlxalq nüfuzunun artırılmasında və Azərbaycan–Rusiya əlaqələrinin inkişafında müstəsna rol oynadığını vurğulayıblar.

Həmçinin Azərbaycan–Rusiya münasibətlərinin inkişafı, Krasnoyarsk diyarında yaşayan azərbaycanlıların fəaliyyəti, eləcə də iqtisadi, humanitar, gənclər və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər