Koqalımda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
19 may, 2026
Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsində yerləşən Koqalım şəhərində yaşayan azərbaycanlılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
İştirakçılar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və inkişafı istiqamətində Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasətdən bəhs ediblər. Onun Azərbaycan tarixində oynadığı misilsiz rolu, xalqın milli birliyinin formalaşmasında və dövlətçilik ənənələrinin gücləndirilməsindəki xidmətlərini xüsusi vurğulayıblar.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin SSRİ dövründə Koqalımın infrastrukturunun inkişafınadakı əvəzolunmaz xidmətlərinə də diqqət çəkilib. Bildirilib ki, Ulu Öndərin səyləri nəticəsində Koqalım SSRİ respublikaları ilə çoxmillətli əməkdaşlıqlar quraraq kiçik qəsəbədən müasir şəhərə çevrilib.
Digər xəbərlər
