Komitə əməkdaşları Qırğızıstanda bir sıra görüşlər keçirib

28 iyul, 2026

Komitə əməkdaşları Qırğızıstanda bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Qırğızıstana səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçiriblər.

Qırğızıstan Xalqı Assambleyasının ofisində keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Baytalov və əməkdaşı Rəşad Məmmədov, Qırğızıstanda fəaliyyət göstərən “Birlik” Azərbaycanlılar İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev, Qırğızıstan Xalqı Assambleyasının sədri Meder Raxman və Qırğızıstan Xalqı Assambleyası Şurası Aparatının rəhbəri Tilek Urkunçiyev iştirak ediblər.

Görüş zamanı tərəflər Qırğızıstan–Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi, diaspor təşkilatları arasında əlaqələrin inkişafı, millətlərarası həmrəyliyin qorunması, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində qarşılıqlı maraqlı olduqlarını vurğulayıb, birgə fəaliyyətin aktual istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Komitə əməkdaşları Çuy Vilayət Kitabxanasında da olublar. Müəssisənin direktoru, Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndəsi Tamilla Hacıyeva qonaqlara qurumun strukturu, kitab fondu və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Kitabxananın Çuy vilayətində keçirilən "Kımız Fest", Qırğızıstanın Müstəqillik Günü və Novruz bayramı münasibətilə təşkil olunan tədbirlərdə Azərbaycanı təmsil etdiyi diqqətə çatdırılıb. Komitə əməkdaşları Azərbaycan dilli kitab fondu, həyata keçirilən mədəni-maarifləndirici layihələr və burada fəaliyyət göstərən mərkəzlərlə tanış olub. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər