Kolumbiyada yeni diaspor təşkilatı fəaliyyətə başlayıb
31 avqust, 2026
Kolumbiyada yaşayan soydaşımız Cavid Adıgözəlovun təşəbbüsü ilə "Kolumbiyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları Assosiasiyası" təsis edilib.
2014-cü ildən Kolumbiyada yaşayan Cavid Adıgözəlov hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, uzun illər peşəkar idmançı kimi ölkəmizi qarışıq döyüş növləri üzrə beynəlxalq yarışlarda təmsil edib.
Soydaşımız yeni yaradılan təşkilatın Kolumbiya və ətraf bölgələrdə Azərbaycan diasporunun təşkilatlanması və inkişafı, xalqımızın milli-mədəni dəyərlərinin qorunması və təbliği, eləcə də Azərbaycan-Kolumbiya dostluq əlaqələrinin inkişafına töhfə vermək məqsədi daşıdığını bildirib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
