Kanadadakı diaspor təşkilatımızın “İcma təsiri mükafatı”na namizədliyi irəli sürülüb

29 iyun, 2026

Kanadadakı diaspor təşkilatımızın “İcma təsiri mükafatı”na namizədliyi irəli sürülüb

Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının “Qadın və uğur” biznes mükafatları” (“She & Success Business Awards”) proqramının “İcma təsiri mükafatı”na (Community Impact Award) namizədliyi irəli sürülüb.

Assosiasiya Kanada cəmiyyətində Azərbaycan diasporunun birliyinin möhkəmləndirilməsi, müxtəlif etnik və mədəni icmalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, multikultural dəyərlərin təşviqi və Azərbaycan mədəniyyətinin, tarixinin və milli irsinin Kanada ictimaiyyətinə tanıdılması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə görə bu mükafata təqdim olunub.

Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası bu mühüm uğurun əldə olunmasında əməyi keçən bütün soydaşlarımıza, tədbirlərin həyata keçirilməsində fəallıq göstərən könüllülərə, icma tərəfdaşlarına, dost təşkilatlara və ailələrə minnətdarlıq edib. Assosiasiyadan bildirilib ki, birgə səylər nəticəsində fərqli mədəniyyətlər arasında möhkəm körpülər qurulub, qarşılıqlı hörmətə əsaslanan əlaqələr inkişaf etdirilib və insanların bir-birini daha yaxından tanıyıb öyrənə biləcəyi inklüziv mühit formalaşdırılıb.

Assosiasiya buna görə “She & Success Business Awards”a təşəkkürünü ifadə edib, öz icmalarında müsbət dəyişikliklər yaradan fərd və təşkilatların fəaliyyətinin dəyərləndirilməsinin cəmiyyətin inkişafına mühüm töhfə verdiyini bildirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər