Kanadadakı Azərbaycan Evində “Yaya vida” adlı görüş keçirilib
8 sentyabr, 2026
Dünyanın müxtəlif ölkələrində yay fəslinin başa çatmasını qeyd edən, insanları bir araya gətirən müxtəlif ənənələr mövcuddur. İnsanların birlikdə vaxt keçirməsi, xoş təəssüratlarla yayı yola salması bu ənənələrin əsas xüsusiyyətlərindən biridir.
Bu münasibətlə Kanadada fəaliyyət göstərən Azərbaycan Evində Kanada Parlamentinin üzvü Roman Baberin dəstəyi ilə “Yaya vida” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində iştirakçılar üçün müxtəlif təamlar təqdim edilib, uşaqların maraqlı və əyləncəli vaxt keçirməsi üçün üz boyama və digər fəaliyyətlər təşkil olunub. Görüş icma üzvlərinin birlikdə xoş vaxt keçirməsinə imkan yaradıb.
Günün əlamətdar məqamlarından biri Kanada Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevrin Azərbaycan Evinə baş çəkməsi olub.
Qeyri-partiyalı təşkilat kimi fəaliyyət göstərən Azərbaycan Evi müxtəlif siyasi və ictimai nümayəndələrlə əməkdaşlığa önəm verir. Belə görüşlər Azərbaycan icmasının Kanada cəmiyyətində daha geniş tanıdılması, soydaşlarımızın ictimai həyatda fəal iştirakının təşviqi, eləcə də qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Foto qalereya
Digər xəbərlər
