İzmirdə 28 May – Müstəqillik Günü qeyd olunub
4 iyun, 2026
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir təşkil edib. Tədbirə Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri, dərnək üzvləri və çoxsaylı qonaqlar qatılıb.
Dərnəyin sədri Eşref Tuna açılış nitqində 28 Mayın Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayıb. O, Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinin sarsılmaz təməllər üzərində qurulduğunu bildirərək, iki ölkənin hər zaman bir-birinin yanında olduğunu qeyd edib. Eşref Tuna, həmçinin birlik, həmrəylik və milli dəyərlərin qorunmasının əhəmiyyətinə də toxunub.
Tədbir çərçivəsində Azərbaycanın dövlətçilik tarixi, milli-mənəvi dəyərləri və müstəqillik yolunda keçdiyi şərəfli mübarizə haqqında çıxışlar səsləndirilib. Eyni zamanda, tədbirin ərsəyə gəlməsində əməyi keçən və təşkilati dəstək göstərənlərə təşəkkür ifadə olunub.
Bədii hissədə vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub. Roza İbadova Kocamazın ifasında səslənən şeirlər iştirakçıların böyük maraq və alqışları ilə qarşılanıb.
Foto qalereya
Digər xəbərlər
