Heç bir ödəniş etmədən Azərbaycan və gürcü dillərini öyrən

3 sentyabr, 2026

Heç bir ödəniş etmədən Azərbaycan və gürcü dillərini öyrən

Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə müxtəlif istiqamətlər üzrə kurslara qeydiyyat başlayıb.

Mərkəzdə Azərbaycan və gürcü dilləri üzrə ödənişsiz, ingilis dili və rəsm istiqamətləri üzrə isə ödənişli məşğələlər təşkil olunacaq. Rəsm dərsləri yalnız məktəb müəllimləri üçün nəzərdə tutulub.

Məşğələlər həftədə iki dəfə, hər biri iki saat olmaqla keçiriləcək. Dərsləri təcrübəli və sertifikatlı müəllimlər aparacaq.

İştirak etmək istəyən şəxslər 1–10 sentyabr tarixində qeydiyyat formasını doldura və ya mərkəzin əlaqə vasitələri ilə müraciət edə bilərlər.

Qeyd edək ki, kursların təşkili iştirakçıların dil biliklərinin və müxtəlif bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də təhsil və peşə imkanlarının genişləndirilməsinə xidmət edir.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdF5CGUCWB2JQV7CmzCKOb2LoKeEpEHkOlVNBsBKl7sV3CGGw/viewform?usp=dialog

Tel: +995 571 24 24 87

E-mail: qhimbolnisi@gmail.com

Ünvan: Bolnisi şəhəri, Sulxan-Saba Orbeliani 105

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər