Hamiltonda Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

20 may, 2026

Hamiltonda Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

Kanadanın Hamilton şəhərində 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Şəhərin “Siti Hol” mərkəzində Hamilton Azərbaycan icmasının təşkilat etdiyi mərasimdə üçrəngli bayrağımız gənc soydaşlarımızın iştirakı ilə səmaya ucaldılıb.

Hamilton-Ventvorz Katolik Rayon Təhsil Şurasının (Hamilton-Wentworth Catholic District School Board) nəzdindəki Azərbaycan dili məktəbinin müəllimi Hörmət Mürşüdova şagirdlərə 28 May tarixinin əhəmiyyəti ilə bağlı məlumat verib.  

Mərasimdən sonra Azərbaycan dili sinfinin şagirdləri üçün piknik təşkil olunub. Uşaqlar bayramı böyük sevinc və coşqu ilə qeyd ediblər.

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər