Gənc soydaşımızdan iki qızıl, bir gümüş medal

21 may, 2026

Gənc soydaşımızdan iki qızıl, bir gümüş medal

Praqada yaşayan 10 yaşlı azərbaycanlı şahmatçı Elmira Vəliyeva “Praqa Gənclər Çempionatı - 2026” klassik şahmat turnirində parlaq qələbə qazanıb.

Gənc soydaşımız həm 12 yaşadək, həm də 14 yaşadək qızlar arasında keçirilən yarışları birinci pillədə başa vuraraq qızıl medallara layiq görülüb. O həmçinin 16 yaşadək iştirakçılar arasında gedən mübarizədə fərqlənərək gümüş medal əldə edib.

Elmira Vəliyevanın bu nailiyyəti onun zəhmətinin və şahmatdakı yüksək istedadının göstəricisi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq idman arenalarında tanınmasına töhfə verib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər